Samuxda bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov