Bosniya və Herseqovinanın şimal-qərbində aparılan araşdırmalarda böyük miqyaslı qızıl ehtiyatlarının olduğu bildirilib.

"Unikal" xəbər verir ki, bölgədə fəaliyyət göstərən Lykos Balkan Metals şirkətinin baş direktoru Miloş Bosnjakovic yerli mətbuata bildirib ki, Mrkonjic Grad yaxınlığında Pliva çayı boyunca qızıl tapılıb və qızıl ehtiyatlarının "inanılmaz səviyyəyə" çatıb.

Bosnjakovic, 3 fərqli yerdə 60 metrə qədər davamlılıqda ton başına 27,5 qrama qədər qızıl dərəcəsinə çatıldığını ifadə edərək, akkreditə olunmuş laboratoriyalarda tədqiq edilən nümunələrin bölgənin zəngin qızıl tərkibinə sahib olduğunu göstərdiyini bildirib. 

Bölgədəki geoloq Mladen Stevanoviç işlərin əslində mis və kobalt üçün aparıldığını qeyd edib.

Ötən ildən bölgədə fəaliyyət göstərən Lykos şirkəti də qeyd edib ki, tədqiqatın ilkin mərhələsi olsa da, aşkar edilmiş qızıl ehtiyatı bütün regionda, eləcə də Bosniya və Herseqovina regionda ən yaxşılardan biri hesab edilə bilər.