Aİ ölkələri Rusiya neft məhsulları üçün tavan qiymətləri barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bir barel üçün 100 dollar müəyyən ediləcək. Endirimlə satılan neft məhsulları üçün tavan bir barel üçün 45 dollar olacaq.

"Aİ-nin Daimi Nümayəndələri bu gün Aİ Şurasının yekun təsdiqindən əvvəl neft məhsulları üçün qiymət həddini təsdiqləyiblər", - Avropa İttifaqı Şurasında İsveç sədrliyi tvitter hesabında yazıb.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi bildirib ki, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyadan gələn neft məhsullarına iki qiymət tavanı tətbiq etməyə razılaşıb. Avropa İttifaqının almaqdan imtina edəcəyi və dəniz yolu ilə daşınmasına qadağa qoyulacağı fevral ayında qiymətlərin məhdudlaşdırılması təklif edilir.