Göyçayda "BMW" yoldan çıxaraq aşıb, yaralılar var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMW" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində rayonun Qarayazı kənd sakinləri, 1998-ci il təvəllüdlü Mahmudlu Nigar Sadiq qızı, 1964-cü il təvəllüdlü Salmanov Niman Eldar oğlu və 1985-ci il təvəllüdlü Ağayev Elvin Səxavət oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov