Suriya prezidenti Bəşər Əsəd ölkə hökumətində fövqəladə iclas çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Suriya liderinin ofisində məlumat verilib.

İclasın müxalifətin nəzarətində olan bölgələrdə baş verən zəlzələ ilə əlaqədar çağırıldığı qeyd olunub. 

Qeyd edək ki, gecə saatlarında baş verən güclü təkanlar nəticəsində azı 111 nəfər həyatını itirib. Yüzərlə yaralı var. 

Ağarza Elçinoğlu