Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7,4 ballıq güclü zəlzələnin ardından Balıkesir şəhərində də yeraltı təkanlar qeydə alınıb. 

"Unikal" xəbər verir ki, Gönen rayonunda baş verən təbiət hadisəsi 4,6 bal gücündə olub. 

Zəlzələ yerin təxminən 9,7 kilometr dərinliyində baş verib.

Qeyd edək ki, gecə saatlarında qeydə alınan zəlzələdə 76 nəfər ölüb, 500-ə yaxın xəsarət alan var. 

Ağarza Elçinoğlu