Hatayın Kırıkhan rayonunda axtarış-xilasetmə işləri aparan Ayvalık Təbii Fəlakət Axtarış-Xilasetmə (ADAK) qrupundan 2 nəfər çökən binanın dağıntıları altında qalıb.

"Unikal" xəbər verir ki,  kameraya əks olunan görüntülərə görə, digər komanda qaçarkən, dağıntılar altında qalan şəxslər qısa müddətdə xilas edilib.

Qrupların müdaxiləsi ilə xilasedicilər qısa müddətdə dağıntılar altından çıxarılıb. Səhhətləri yaxşı olan xilasedicilər axtarış-xilasetmə işlərinə qaldıqları yerdən davam ediblər.