İtaliya və Belçikanın hüquq-mühafizə orqanları Avropa Parlamentində öz mövqelərini dəstəkləmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda şübhəli bilinən Avropa Parlamentinin iki deputatını saxlayıb. 

"Unikal" xəbər verir ki,  bu barədə  "Sinxua" məlumat yayıb. 

“İtaliyada fevralın 10-u axşam polis Avropa Parlamentinin deputatı Andrea Kozzolinonu Avropa həbs qərarı əsasında saxlayıb. Bu gün səhər saatlarında Avropa Parlamentinin daha bir üzvü Mark Tarabella həbs edilərək Brüssel prokurorluğunda dindirilib”, - mesajda deyilir. 

Qeyd olunduğu kimi, hər iki siyasətçi Avropa İttifaqında qərarlara təsir etmək üçün “üçüncü ölkələr”dən müavinət almaqda ittiham olunur.