Ermənistanın zəlzələdən zərərçəkən Türkiyəyə humanitar yardım göndərməsi sayəsində Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.

"Unikal" erməni KiV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan özünün “Twitter” hesabında paylaşım edib. 

Bildirilir ki,  Ermənistandan gələn humanitar yük dolu  5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.

Sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub.