Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlığı verib və bütün qurbanların tezliklə sağalmasını arzulayıb.

"Unikal" xəbər verir ki, bu barədə Volodimir Zelenski videomüraciətində deyib.

"Bu gün günə Türkiyə səfirliyini ziyarət etməklə başladım. Dəhşətli zəlzələlər səbəbindən 21 mindən çox insan ölüb. Dağıntılar altından xilasetmə işləri davam edir. Təəssüf ki, həlak olanların sayı daha çox ola bilər... Türk xalqının ağrısını paylaşırıq. Və bütün zərərçəkənlərə şəfa diləyirik”, - dövlət başçısı vurğulayıb.