Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən Malatyada dağıntılar altında axtarışlar zamanı 4 pəncəsi yaralanan "Köpük" adlı it diqqət çəkib. 

"Unikal" NTV-yə istinadən xəbər verir ki,  fərqli şəhərlərdə də fəaliyyət göstərən "Köpük" Van Afət və Fövqəladə Hallar Müdirliyi qrupları tərəfindən zəlzələ, uçqun, sürüşmə və çökmə kimi təbii fəlakətlər üçün xüsusi olaraq yetişdirilib.

Belə ki, axtarışlar zamanı pəncələrindən yaralanan itə ilkin tibbi yardım göstərilib. Pəncələrinin yaralı olmasına baxmayaraq, it yenə də axtarış-xilasetmə işlərinə davam etdirilib.