Hatayın Antakya rayonunda dağıntılar altında aparılan işlər nəticəsində 5 aylıq körpə 134 saatdan sonra xilas edilib.

"Unikal" xəbər verir ki,  mədənçilər tərəfindən xilas edilən körpəyə ilkin tibbi yardım göstərilib. O, daha sonra xəstəxanaya yerləşdirilib. 

5 gün 14 saat sonra dağıntılar altından sağ-salamat çıxan körpəni "Mucize bebek" adlandırıblar.