Fevralın 6-da saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7.7 bal və 7.6 bal gücündə zəlzələlər Kahramanmaraş, Adana, Adıyaman, Diyarbakır, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya , Osmaniye və Şanlıurfa da böyük dağıntılara səbəb olub. 

"Unikal" xəbər verir ki, Diyarbəkirdə dağıntılara səbəb olan zəlzələdən sonra axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam edir. Könüllülərin də iştirak etdiyi xilasetmə işlərində çəkilmiş fotolar ürəkləri dağlayıb.  

Məlumata görə, indiyədək 387 nəfər dağıntılar altından çıxarılıb. Şəhərdə ölənlərin sayı 255 nəfərdir. Yaralılardan 42-nin vəziyyəti ağırdır.