Bu gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.

"Unikal" xəbər verir ki, ortaq yayıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulub.

O bildirib ki, Nazirlər Kabinetinin üzvləri və dövlət məmurları tərəfindən AFAD-a ümumilikdə 136 milyon 589 min lirə ianə edilib.

"Ölkədən və xaricdən gələcək hər qəpik zəlzələ qurbanları üçün istifadə olunacaq. Biz əvvəlcə Xəzinə və Maliyyə Nazirliyindən 100 milyard lirəlik dəstək verdik, bu dəstək evlərin tikintisi zamanı davam edəcək. Evləri bir il ərzində tamamlayıb sahiblərinə təhvil verəcəyik”, - Ərdoğan əlavə edib.