“Türkiyə, tək ürək” yardım kampaniyası çərçivəsində 101 milyard lirədən çox ianə toplanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Kampaniyaya dünyanın müxtəlif ölkələrindən iş adamları, mədəniyyət xadimləri, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) edib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.