Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində  ölənlərin sayı 15 nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 12 nəfər xəsarət alıb.  Məlumata görə,  hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.

Hazırda dəymiş zərərin məbləği hesablanır.