Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüş keçirib. 

"Unikal" "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, görüşdə  Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətnini müzakirə edilib. 

Nəşrin məlumatına görə, görüş zamanı yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin müzakirə edildiyi qeyd olunub:

"Paşinyan və partiya nümayəndələri Azərbaycanla sülh sazişinin mətni barəsində fikir mübadiləsi aparıblar. Bundan sonra isə Paşinyan bildirib ki, danışıqları mümkün qədər tez bir zamanda başa çatdırmaq, eləcə də Türkiyə ilə münasibətləri nizamlamaq lazımdır".

Gülayə  Mecid