Ermənistan  Azərbaycanla sülh və münasibətlərin qurulması sazişinin növbəti mərhələsinin işini başa çatdırıb və təkliflərimiz Azərbaycan tərəfinə verilib.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında deyib. 

"Biz sənədi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də verdik, layihə üzərində bu məntiqlə işləyirik. Həmçinin biz istənilən vaxt bu sənədi imzalamağa hazırıq. Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqların üç raundu nəticəsində müşahidə olunan müəyyən irəliləyişə nail olmaq mümkün olacaq”, - deyə o bildirib.

Gülayə  Mecid