Çin Moskva və Kiyevi ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Çin rəsmisi deyib ki, beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmalıdır.

"Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır.. Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır", - deyə çinli diplomat vurğulayıb.

“Qırmızı xətt heç vaxt keçilməməlidir. Nüvə müharibəsi aparılmamalıdır", - deyən Day Bin əlavə edib.