İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayış nəticəsində 6 nəfər yaralanıb.

Hormozqan Tibb Elmləri Universitetinin  təcili yardım şöbəsinin müdirinin sözlərinə görə, Bəndər Abbasda yerləşən "Baba Qulam" Sənaye Birliyinin buz fabrikində  ammonyak qazı çənində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.