Rusiyanın paytaxt şəhəri Moskvada məktəblərin birində hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müəllim saç düzümünə görə şagirdini döyüb.Həmin anlar anbaan kameralara əks olunub. Belə ki, hərbi geyimli müəllim şagirdi sinifdən sürüyərək, dəhlizə çıxardıb və orada ona çox saylı yumruq zərbələri endirib.  

Hadisədən sonra yeniyetmə oğlan xəstəxanaya aparılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.