ABŞ Konqresi fevralın 28-də prezident Co Baydenin şəxsi evində və beyin mərkəzində tapılan məxfi sənədlərin məzmunu ilə bağlı qapalı iclas keçirəcək. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iclası ABŞ-ın milli sirləri üzrə səkkizlik qrup idarə edəcək. Onun tərkibinə baş senator Çak Şumer və Nümayəndələr Palatasının spikeri Kevin MakKarti, həmçinin hər iki palatanın kəşfiyyat komitələrindəki aparıcı respublikaçılar və demokratlar daxildir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş vitse-prezident Mayk Pensin iqamətgahlarında tapılan sənədlər də müzakirə ediləcək. 

Qeyd edək ki, cari ilin yanvar ayının sonlarında Baydenin Wilmingtondakı şəxsi evində məxfi sənədlər tapılıb.

Ağarza Elçinoğlu