İrəvan məhkəməsi Ermənistan Silahlı Qüvvələrin keçmiş komandanı, general Mikael Arzumanyanın həbs müddətini iki ay uzadıb. 

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan məlumat yayıb. 

Xatırladaq ki,  ötən ilin avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. 

Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.

Gülayə  Mecid