Türkiyənin Çekmeköy bölgəsində oyuncaq silahla bank şöbəsinə girən şübhəli, seyfdən 130 min lirə (təxminən 13 min manat) götürərək hadisə yerindən qaçıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şübhəli ərazidən uzaqlaşmadan polis tərəfindən ələ keçib. 

Oğurladığı pullarla birgə polis şöbəsinə aparılan şübhəlinin bank işçilərini qorxutduğu silahın oyucaq olduğu məlum olub. 

Ağarza Elçinoğlu