Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, 6 ildən sonra İraqa səfər edib. 

"Unikal" xəbər verir ki, Quterreş paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Görüşdən sonra Quttereş və Hüseyn kameralar qarşısında qısa açıqlama verib.

BMT-nin baş katibi Qutteres, "İraqa səfər etməkdən xoşbəxtəm. Əminik ki, iraqlılar bütün siyasi və təhlükəsizlik problemlərinin öhdəsindən gələcəklər", - deyə ifadə edib. 

Quttereş həmçinin İraq hökumətinin iraqlıların xaricə qayıtmasını təmin etmək üçün göstərdiyi səylərə görə minnətdarlığını ifadə edib.