Rusiya prezidenti Vladimir Putin Bryansk vilayətində baş verənləri terror aktı adlandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri müəllim və tərbiyəçi ilinin açılışı münasibətilə Pyatiqorskla videobağlantı zamanı deyib. 

"Bu gün biz daha bir terror aktı, daha bir cinayət gördük, onlar sərhəd bölgəsinə daxil olaraq dinc əhaliyə atəş açıblar", - Putin bildirib.

Prezident qeyd edib ki, məhz bu adamlar Rusiyanı tarixi yaddaşından, öz tarixindən, adət-ənənələrindən, dilindən məhrum etmək məqsədi güdürlər.

Ağarza Elçinoğlu