Almaniyanın Frankfurt şəhərindən Mavrikiy adasına gedən sərnişin təyyarəsi hava boşluğuna düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Condor Hava Yollarına məxsus təyyarənin göyərtəsində olan 270 nəfərdən ən azı 20 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Hadisə təyyarənin Seyşel adalarının hava məkanı üzərində uçması zamanı baş verib. Bundan sonra o, təcili olaraq Mavrikiydəki Pleasance hava limanına enməli olub. 

Ağarza Elçinoğlu