Spirit Hava Yollarına məxsus sərnişin təyyarəsi yanğın səbəbiylə Florida ştatının Jacksonville şəhərinə təcili eniş edib, 10 nəfər xəstəxanaya yerləşdirilib .

"Unikal" xəbər verir ki, Dallasdan (Texas) Orlandoya (Florida) uçarkən salonda əl yükündə olan akkumulyator yanıb. Sərnişinlərdən birinin sözlərinə görə, yanğının söndürülməsi təxminən 20 dəqiqə çəkib və təyyarədə olan keçmiş yanğınsöndürən yanğını söndürməyə kömək edib.

Hadisə zamanı xəsarət alanların səhhətinin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.