ABŞ İrana qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi Vaşinqton İranın 8 fiziki və 3 hüquqi şəxsinin adını sanksiyalar siyahısına daxil edib.

Məlumata görə, İranın məhkəmə hakimiyyəti və digər hüquq-mühafizə orqanlarının təmsilçilərinə qarşı sanksiya ölkədə baş verən kütləvi aksiya iştirakçılarına qarşı qəddar davranışlarına görə tətbiq olunub.

Adı sanksiyalar siyahısına düşən şəxslərə ABŞ ərazisinə daxil olmaları qadağan edilib və onların banklardakı maliyyə aktivləri dondurulub.