Moskva Latviya, Litva və Estoniya vətəndaşlarını Rusiya Federasiyasına ən çox düşmən olanlar siyahısına daxil etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin cümə axşamı Baltikyanı ölkələrin ictimai və siyasi dairələrinin nümayəndələrinə qarşı şəxsi sanksiyalarla bağlı yaydığı bəyanatda deyilir ki, siyahıya 144 nəfər daxildir .

“Rusiyanın “stop siyahısı”na ölkəmizə ən düşmən olan Latviya, Litva və Estoniyadan olan nazirlərin, parlamentarilərin, ictimai xadimlərin, jurnalistlərin daxil edilməsi barədə qərar qəbul edilib. Baltikyanı ölkələrin Rusiyaya qarşı sanksiya və digər tədbirlərə fəal lobbiçiliyinə, daxili işlərimizə müdaxiləyə, rusofob əhval-ruhiyyənin qızışdırılmasına cavab”-deyə sənəddə qeyd ediib. 

Smolenskaya meydanında bildirilib ki, “bu dövlətlərin hakimiyyət orqanları tərəfindən sovet azadçı əsgərlərinin abidələrinin kütləvi dağıdılması, təqiblərə məruz qalması üçün başlatdığı vəhşi kampaniyada siyahıya daxil edilmiş 144 Latviya, Litva və Estoniya vətəndaşı da iştirak edir.