Martın 9-da İsrail Hərbi Dəniz Qüvvələrinin veteranları hökumət əleyhinə etirazlara qoşulublar.

"Unikal" xəbər verir ki, məhkəmə islahatlarına qarşı çıxan etirazçılar Hayfa limanını bağlayıblar.

Bildirilir ki, hazırda gəmilərin limana yaxınlaşması mümkün deyil. Yalnız kiçik qayıqlarla limanın sularına daxil olmaq olar.