Fransanın xarici işlər naziri Katrin Kolonna və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, onlar Ukraynaya dəstək, Çinlə qarşılıqlı əlaqə və İranın nüvə dosyesini müzakirə ediblər. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri cümə axşamı öz Twitter səhifəsində yazıb.