İsveç və Finlandiya NATO-ya daxil olmaqla bağlı tələb olunan üçtərəfli memorandumu həyata keçirmək üçün müsbət addımlar atırlar.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Bu, Quranın yandırılması və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər nəticəsində yaranan uzunmüddətli gərginlikdən sonra Ankaranın Stokholmun ünvanına səsləndirdiyi ilk müsbət fikirlər olub.

“Biz yalnız üçtərəfli razılaşmanın tam icrasını gözləyirik. Onlar bu istiqamətdə müsbət addımlar atırlar. Biz bu prosesi izləməyə davam edəcəyik”, - deyə Kalın vurğulayıb.