Ankaranın Çankaya rayonunda bankdan debet kartı istəyən şübhəli ona bank kartı verilməməsinə əsəbiləşərək banka ov tüfəngi ilə atəş açıb. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində bank işçini yaralayıb.

Hələlik şəxsiyyəti məlum olmayan şübhəli şəxs Çankaya GMK Bulvarında yerləşən bank şöbəsinə gələrək bank məsullarından debet kartı istəyib. Ona debet kartının verilə bilməyəcəyi deyildikdən sonra bank işçiləri ilə şübhəli şəxs arasında mübahisə yaranıb.

Müzakirənin böyüməsi ilə filialı tərk edən şübhəli qısa müddətdə 06 BKU 401 nömrə nişanlı avtomobili ilə banka qayıdıb.

Ov tüfəngi ilə filialın girişinə doğru atəş açmağa başlayıb. Bank işçisi Hüseyin Mert Qorxmaz yaralanıb.

Hadisədən sonra polisə təslim olan şübhəli nəzarətə götürülüb.