Litva Seymi (parlamenti) “Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib.  

"Unikal" xəbər verir ki, 117 litvalı deputat - iclasda iştirak edən bütün parlamentarilər sənədin qəbulunun lehinə səs veriblər.

Xatırladaq ki, 2023-cü il yanvarın sonunda ABŞ Maliyyə Nazirliyi “Vaqner”I transmilli cinayət təşkilatı kimi tanıyıb. Vaşinqtonda bu şirkət təkcə Ukrayna müharibəsində iştirakda deyil, həm də dünyanın digər ölkələrində hərbi əməliyyatlar keçirməkdə ittiham olunub.