Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma olub.

"Unikal" xəbər verir ki, Xanın tərəfdarları keçmiş Baş nazirin iqamətgahının qarşısında polisə müqavimət göstəriblər. Bununla da, polis növbəti dəfə  İmran Xanın həbsinə nail ola bilməyib. 

Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.