Rusiyanın Yekaterinburq vilayətində metronun "Uralmaş" stansiyasında yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi məlumat yayıb. 

Məlumata görə, yanğına səbəb havalandırma sistemində qısaqapanma olub. Yanğın səbəbindən 58-i uşaq olmaqla 385 nəfər təxliyə edilib.

Ağarza Elçinoğlu