Rusiyanın Sverdlovsk vilayətinin Talitsa şəhərindən olan iki hərbçi Belqorod vilayətində itkin düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Maksim İvanov "Telegram" kanalında yazıb. 

Məlumata görə, hərbçilər sərhəd bölgəsində baş vermiş partlayışdan sonra yoxa çıxıblar. 

Ağarza Elçinoğlu