Türkiyənin ilk yerli döyüş təyyarəsi sınaqlara başlayıb.

"Unikal" xəbər verir ki, sınaqlar hələlik uçuş-enmə zolağında keçirilir.

Bildirilir ki, martın 16-da keçirilən sınaq zamanı Milli Döyüş Təyyarəsi öz mühərriklər ilə uçuş-enmə zolağına çıxarılıb. Bir müddət zolaqda hərəkət edən qırıcı ilk sınağını uğurla tamamlayıb.

Quruda sınaqları tamamlandıqdan sonra təyyarə havaya qaldırılacaq.

Qeyd edək ki, Milli Döyüş Təyyarələri Layihəsi 5 avqust 2016-cı ildə başladılıb. Layihənin 2026-cı ilə başa çatması planlaşdırılır.