Amerikalı məşhur aktyor Lens Reddik dünyasını dəyişib.  

"Unikal" xəbər verir ki, 60 yaşlı aktyorun cəsədi ötən gün Los-Ancelesdə evində tapılıb. Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Qeyd edək ki, Reddik “Dinləmə”, “Fringe” filmlərində canlandırdığı obrazlarla məşhurlaşıb. Hazırda o, "Con Uik" franşizasının 4-cü bölümü ilə bağlı işlərlə məşğul idi.