Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.