Zaqatalada 38 yaşlı kişi intihar edib.
"Unikal"
xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib. 
Kənd sakini 38 yaşlı Adam Diniyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində asılı vəziyyətdə aşkar edilib. Əsəb xəstəliyindən əziyyət çəkən A. Diniyevin intihar etdiyi məlum olub. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.