Ərdoğan zəlzələlərə görə qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, prezident bildirib ki, gecikmə az olacaq.

“Zəlzələ ilə əlaqədar bəzi gecikmələrə baxmayaraq, biz tezliklə Qara dəniz qazını qaz ticarət mərkəzi layihəsinə birləşdirəcəyik. Biz həm boru kəmərlərimizi, həm də qaz anbarlarımızı inkişaf etdiririk”, - deyə Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətində çıxışı zamanı bildirib.

Ötən ilin oktyabrında Vladimir Putin “Şimal axını” ilə keçməli olan qaz tranzitinin yenidən bölüşdürülməsi üçün Türkiyədə qovşağın yaradılmasını təklif edib. Türkiyə bu təşəbbüsə müsbət reaksiya verib.