Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisində olan əşyalar yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.