Rusiya prezidenti Vladimir Putin və sevgilisi Alina Kabayevanın Valday gölünün ətrafında lüks malikanələri ortaya çıxıb. Bundan sonra milli parkın ətrafındakı “xüsusi mühafizə zonası” genişləndirilib.

"Unikal"  xəbər verir  ki,  bu  barədə "The Moscow Times" qəzeti məlumat yayıb. 

Nəşr yazır ki,  Rusiyanın şimal-qərbində yerləşən Valday Milli Parkının bir hissəsi Putin və onun sevgilisi Kabayevanın ərazidə mülkə sahib olduğu üzə çıxdıqdan sonra ziyarətçilər üçün bağlanıb.

Mühafizə zonasının pozulması halında fiziki şəxslər 4000 rubla (52 ABŞ dolları) qədər və ya zonaya "ciddi ziyan vurduqda" 200 min rubla qədər (2607 dollar) cərimələnəcəklər. 

Bir çoxları göl ərazisinin bağlanması qərarına reaksiya göstərərək, əsas məqsədin Putinin mülklərini qorumaq olduğunu bildiriblər. Mövzu ilə bağlı Kremldən yeni açıqlama verilməyib.

Qeyd edək ki, 39 yaşlı Kabayeva Rusiya prezidenti ilə 2000-ci illərin əvvəllərindən münasibətdədir və onunla bir neçə övladı var.