Obama


ABŞ prezidenti Barak Obama İrana nüvə silahı yaratmağa imkan verməyəcəyi barədə bir daha bəyanatla çıxış edib. Unikal.org “BBC”yə istinadən bildirir ki, Barak Obama İsrail telekanalına müsahibəsində qeyd edib ki, bu problemin həlli üçün İrana diplomatik təzyiqin davam etdirilməsi zəruridir.

Bununla belə, ABŞ prezidenti qeyd edib ki, Tehrana digər təsir variantlarını da istisna etmək olmaz.

Bundan bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İran nüvə silahını artıq yaxın aylarda əldə edə bilər və bu İsrail tərəfdən qabaqlayıcı zərbə üçün əsas ola bilər.