Ərdoğan Türkiyə tarixinə düşəcək

Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan 10 ildir hökumət başındandır.

Unikal.org Türkiyə NTV-sinə istinadən bildirir ki, 5 gündən sonra o, keçmiş baş nazirlərdən Ədnan Menderesin hökumət başında olması rekordunu təzələyəcək. Ə.Menderes 10 il 5 gün baş nazir olub.

Bununla da Ərdoğan çox partiyalı sistemdə ən uzun sürəli hökumət başçısı kimi də Türkiyə Cümhüuriyyətinin tarixinə düşəcək.

Qeyd edək ki, siyasi yasağı olduğu 2002-ci ilin dekabrından 2003-cü il martın 14-də kimi indiki hökumətə indiki prezident Abdulla Gül başçılıq edib.

Rəcəb Taib Ərdoğana tətbiq edilən yasaq aradan qalxdıqdan sonra 2003-cü il martın 9-da o, Siirtdən deputat olub və həmin il martın 14-dən ölkəyə baş nazirlik etməkdədir. Martın 19-da isə Ədnan Mendersin bəhs etdiyimiz rekordunu təzələyəcək.

Xatırladaq ki, Ə.Menderes 1960-cı il mayın 27-si devriliş nəticəsində hökumət başından gedib.

Türkiyə Cümhuriyyəti tarixində, tək partiyalı dönəmdə, ən uzun sürə prezident isə İsmət İnönü olub – 12 il 3 ay.