Ermənistanın Lori vilayətində partlayış baş verib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, güclü partlayışdan sonra elektrik yarımstansiyası yanıb.

Məlumata görə, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin "Debed" filialına məxsus elektrik yarımstansiyalarından birinin yağ açarında partlayış baş verib və nəticədə yanğın olub. 

Ağarza Elçinoğlu