Rusiya təhlükəsizlik xidmətləri ölkənin yüksək rütbəli məmurlarının xaricə qaçmasının qarşısını almaq üçün onların pasportlarını müsadirə edir. 

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" məlumat dərc edib. 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə məlumatı təsdiq edərək vəzifəli şəxslər haqqında məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. 

Məlumata görə, bürokratlara artan təzyiq Kreml və FSB-nin elitanın sədaqətinə şübhələrini əks etdirir, onların çoxu müharibəyə qarşı çıxır və onun həyat tərzinə təsirindən narazıdır.

Onun sözlərinə görə, diferensiallaşdırılmış yanaşma var və Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bu məsələyə daha çox diqqət yetirilib.

***12:20

Rusiyada bir sıra yüksək vəzifəli dövlət işçiləri üçün ölkə xaricinə səyahət məhdudiyyətləri tətbiq edilib və ya sərtləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov "Financial Times"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiyadan çıxışa qadağa qoyulması qərarı fərdin xüsusiyyətlərindən asılıdır: "FSB Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda yüksək vəzifəli məmurlar və iri dövlət müəssisələrinin rəhbərləri üçün səyahət şərtlərini sərtləşdirib". 

Bu addım, əsasən, məxfi məlumatlara çıxışı olan şəxslərə tətbiq edilib. Həmçinin məhdudiyyətlər ölkədən qaçma təhlükəsinin də qarşısını alır. 

Ağarza Elçinoğlu