Türkiyənin yerli elektromobili “Togg”un ilki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təhvil verilib.

"Unikal" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ərdoğan “Togg”un bu gündən etibarən artıq vətəndaşlar tərəfindən də istifadə ediləcəyini bildirib.

15:09

Bu gün Türkiyənin Avtomobil Təşəbbüs Qrupu ilk yerli və milli avtomobil olan "Togg" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil veriləcək.

"Unikal" xəbər verir ki, Prezident iqamətgahında saat 16.00-da başlaması planlaşdırılan mərasimdə prezident Ərdoğan və xanımı Əminə Ərdoğana avtomobilləri təqdim ediləcək.  

Bildirilir ki, avtomobillərdən biri Ərdoğanın  ailəsi tərəfindən istifadə ediləcək, digəri isə Prezidentliyə ayrılacaq. İkinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlanıb. 

Qeyd edək ki,  80 faizi mobil tətbiq vasitəsilə satılan "Togg" 177 min nəfər tərəfindən sifariş edilib.

 Gülayə Mecid